XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 13:28

Polis “Bakıkart” aparatının yanında 2000 manat tapıb

Bakı metrosunda polis əməkdaşı yerdən 2139 manat pul tapıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, yanvarın 30-da polis serjantı Namiq Nəsibov “28 May” metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, “28 May” metrostansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.