XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 18:31

“Çindən qayıtdıqdan sonra Türkiyədə qalacaq Azərbaycan vətəndaşlarına lazımi diqqət göstəriləcək”- Səfirlik

“Çinin Uhan şəhərindəki vətəndaşlarımızın təxliyələrinin həyata keçirilməsi üçün qardaş Türkiyə ilə birlikdə zəruri işlər görülüb. Səfir Xəzər İbrahim də karantin şərtlərinə uyğun olaraq, təyyarəni qarşılayanlar arasında olacaq”. 

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, vətəndaşlarımızın təxliyəsi ilə bağlı Səfirlik ilk gündən etibarən lazımı addımları atıb. Həm Türkiyənin Xarici İşlər Nazirliyi, həm də digər aidiyyəti qurumlarla mütəmadi əlaqə saxlanılıb.

Bildirilib ki, Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının Türkiyədə qaldığı 14 gün ərzində səfirlik lazım olan diqqət və qayğını göstərəcək.