XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 21:35

Azərbaycandan Gürcüstana gedən iki çinli uşaq xəstəxanadan buraxılıb

Azərbaycandan Gürcüstana gedən iki çinli uşaq Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından buraxılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yeniyetmələr tibbi müəssisədə müalicə olunublar.

Həkimlər uşaqların ailələrinə bir neçə gün də xəstəxanada qalmağı tövsiyə etsələr də, valideynlər bundan imtina ediblər.

Hər iki uşağa “donuz qripi” adlandırılan H1N1 virusu diaqnozu qoyulub.

Qeyd edək ki, azyaşlılar yanvarın 21-də Çindən Azərbaycana, yanvarın 25-də isə Azərbaycandan Gürcüstana səfər edən 9 nəfərdən ibarət çinli turist qrupuna daxil olublar. Onlar yanvarın 30-da Tbilisidə xəstəxanaya yerləşdiriliblər.