XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

01 Fevral 2020 - 23:55

Türkiyə Superliqası:Beşiktaş qalib gəlib, "Fənərbaxça" "Trabzonspor"a uduzub

Türkiyə Superliqasında XX tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.

Aşağı pillələrdə qərarlaşan “Antalyaspor”la “Konyaspor” qolsuz bərabərliklə kifayətləniblər.

“Beşiktaş” yeni baş məşqçisi Sərgən Yalçının rəhbərliyi altında ilk matçına çıxıb. “Ağ-qaralar” Rizədə “Çaykur Rizəspor” üzərində minimalhesablı qələbəyə seviniblər.

Turun mərkəzi oyunu Trabzonda keçirilib. Turnir cədvəlində qonşu olan “Trabzonspor”la “Fənərbaxça” üz-üzə gəliblər. İstanbul təmsilçisi matça qolla başlasa da, “bordo-mavililər” əzmkar qələbə qazanmağa müvəffəq olublar. Bu qalibiyyətlə “Trabzonspor” turnir cədvəlində rəqibini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.

Turun digər oyunları sabah və birigün keçiriləcək.

Türkiyə Superliqası
XX tur
1 fevral
“Antalyaspor” – “Konyaspor” – 0:0
“Çaykur Rizəspor” – “Beşiktaş” – 1:2

Skoda, 36 – Burak Yılmaz, 29; Gökhan Gönül, 79
“Trabzonspor” – “Fənərbaxça” – 2:1
Sorlot, 15; Novak, 32 – Kruz, 1