XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2020 - 00:07

ABŞ-ın Dövlət katibi Qazaxıstana səfər edib – XİN-dən açıqlama

Belarusa səfərindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo şənbə günü Qazaxıstanın gəlib. 

Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

Bildirilib ki, səfər çərçivəsində Pompeo dövlət başçısı Kassym-Jomart Tokaev, ilk prezident Nursultan Nazarbayev, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək.

Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəliyi müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 2-3 tarixlərində isə Pompeo Özbəkistanda olacaq. O, prezident Şavkat Mirziyoyev və Xarici İşlər naziri Abdulaziz Kamilovla görüşəcək.

Bundan əlavə, ABŞ-ın Dövlət katibi Daşkənddə keçiriləcək “Orta Asiya – ABŞ” (“C5 + 1”) formatında nazirlərin görüşündə iştirak edəcək/APA.