XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2020 - 09:41

Təmas xətti boyunca atəşkəs 23 dəfə pozulub –Müdafiə Nazirliyi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki,  Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.