XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

02 Fevral 2020 - 10:19

Gəncədə evdə qaz sızmasından partlayış olub:xəsarət alanlar var

Gəncədə evdə partlayış olub.

Hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

Faktla bağlı araşdırma aparılır. /APA