XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

02 Fevral 2020 - 12:20

Gürcüstanın XİN başçısı ABŞ-a səfər edəcək –Bu tarixdə

Gürcüstanın xarici işlər naziri David Zalkaliani fevralın 4-də ABŞ-a səfər edəcək.

Bu barədə Gürcüstanın Xаrici İşlər Nаzirliyi məlumat yayıb.

ABŞ dövlət katibi Mayk Pompeonun dəvəti ilə baş tutacaq səfər fevralın 7-də başa çatacaq.

D.Zalkaliani Vaşinqtonda koalisiyaya üzv ölkələrin xarici işlər nazirlərinin din azadlığı mövzusunda keçiriləcək görüşündə iştirak edəcək.

XİN başçısı səfər çərçivəsində həmçinin ABŞ Dövlət Departamentinin nümayəndələri, konqresmenlər və ekspertlərlə görüşlər keçirəcək. /Report