XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2020 - 09:34

Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edəcək

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 29-da Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.