XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

03 Fevral 2020 - 21:41

Dağıstanda futbol oyunu zamanı kütləvi dava baş verib –VİDEO

Dağıstanın Həvəskar futbol liqasında “Xuştada” və “Tındırbek” komandaları arasında keçirilmiş oyun zamanı münaqişə baş verib.

Toqquşma 37-ci dəqiqədə hesab 1:1 ikən yaşanıb. Həmin vaxt oyunçulardan biri rəqibindən topu onu itələyərək alıb. Bu isə qarşı tərəfin xoşuna gəlməyib. Nəticədə futbolçular arasında söz savaşı başlayıb. Daha sonra bu, toqquşmaya çevrilib.

Topu alan futbolçu rəqibinin sifətinə zərbə endirib. Hadisə yerinə oyunun digər iştirakçıları da özlərini çatdırıb. Bununla da meydanda kütləvi dava baş verib. Toqquşmaya hər iki komandanın ehtiyat futbolçuları da qoşulub.

Referi fitin köməyilə aranı sakitləşdirmək istəsə də, bunu bacarmayıb. (report)