XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 May 2015 - 04:33

Müsavat Hacıbala Abutalıbovu məhkəməyə verib – AÇIQLAMA

hacibala-abutal.jpg

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məhkəməyə şikayət ərizəsi verib.

Strateq.az bildirir ki, bu barədə açıqlamasında partiyanın Divan üzvü, vəkil Nemət Kərimli qeyd etdi ki, BŞİH Müsavatın aprelin 19-na təyin etdiyi yürüşə razılıq verilmədiyi üçün məhkəməyə müraciət ediblər: “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə təqdim etdiyimiz ərizədə Bakı Şəhər İcra Hakimiyyətinin yürüşə icazə verməməsinin qanunvericiliyə zidd olduğu bildirilib. Məhkəmə BŞİH-in qanunsuzluğuna qiymət verməlidir”.

Xatırladaq ki, BŞİH Müsavat Partiyasının aprelin 19-na planlaşdırdığı yürüşün keçirilməsinə razılıq verməmişdi. İcra hakimiyyəti partiyaya aprelin 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirmək təklif etmişdi. Müsavat rəhbərliyi isə bu təklifdən imtina etmişdi.