XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 11:40

Vəkillərə dövlət tərəfindən xidmət haqları nağdsız şəkildə ödəniləcək- Nazirlər Kabineti

Azərbaycanda müdafiəçilərə (vəkillərə) göstərdiyi xidmətlərə görə haqlar Vəkillər Kollegiyası tərəfindən nağdsız qaydada ödəniləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarda dəyişiklik edib.

Qərarın indiyə qədər olan variantına əsasən, bu qərarla müəyyən edilən məbləğlər vəkilin təqdim etdiyi hesabata müvafiq olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında bu məhkəmənin yerləşdiyi ərazinin maliyyə orqanları tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına vəkillərin müvafiq ərazi qurumu hesabına ödənilir.

Yeni qərarda isə göstərilir ki, bu qərarla müəyyən edilən məbləğlər vəkilin təqdim etdiyi hesabata uyğun olaraq məhkəmənin əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödəniləcək.

Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilib.