XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 12:33

“Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyasının müzakirəsi Tbilisidə keçiriləcək”- Xələf Xələfov

Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin üçdə iki hissəsi delimitasiya baxımından razılaşdırılıb, qalan hissəsi ilə bağlı müəyyən fikir ayrılığı olduğundan danışıqlar, müzakirələr davam etdirilir.

Bu sözləri Azərtac-a məxsusi müsahibəsində Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov söyləyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında delimitasiya və demarkasiya üzrə dövlət komissiyasının növbəti iclası Tbilisidə keçiriləcək. Azərbaycan görüşün keçirilmə tarixləri ilə bağlı təklifini verib. Yeni müzakirələr üçün iclasa qədər ekspertlərin görüşü keçiriləcək. Ekspertlər kartoqrafik və hüquqi sənədlər üzərində işləyərək komissiyanın işinə təqdim etməlidir.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında delimitasiya və demarkasiya üzrə dövlət komissiyası 1996-cı ildən müzakirələrini davam etdirir.

Xatırladaq ki, Azərbaycanın digər sərhəd ölkəsi olan Rusiya ilə delimitasiya prosesi 2010-cu ildən başa çatıb.