XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 13:34

Sabah hava necə olacaq? –Proqnoz

Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturugecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə,  Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.