XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 04:37

Milli Şura mayın 24-nə mitinq təyin etdi – QƏRAR

milli-sura-mitinq.jpg

Milli Şura növbəti etiraz mitinqini mayın 24-nə təyin edib.

Strateq.az bildirir ki, bu barədə AXCP sədri Əli Kərimli özünün facebook səhifəsində Milli Şuranın son qərarı ilə bağlı açıqlama yayıb.

“Milli Şuranın növbəti mitinqini 24 may tarixinə (saat 15:00, “Məhsul” stadionuna) təyin etdik. Siz talan və yalanı davam etdirməkdən yorulmursunuzsa, biz də “Talana son!” deməkdən yorulmayacağıq!”.

“17 may mitinqimizə ona görə razılıq vermədilər ki, məcbur olub, mitinqi 16 mayda (şənbə günü) keçirək. ümid edirdilər ki, məhdud informasiya resursu ilə 2-3 gün ərzində mitinqin yeni tarixini çox adama çatdıra bilməyəcəyik. üstəlik, şənbə günü iş olan müəssisələr vasitəsilə bir çox insanların mitinqə qatılmasına mane olacaqlarını və bu yolla da mitinqdə iştirak edənlərin sayının nisbətən azalacağını düşünürdülər.

Biz də Milli Şura olaraq qərara gəldik ki, hökumətin istəyi ilə mitinqin vaxtını mayın 17-dən 16-na keçirməyək”-deyə AXCP sədri yazıb.