XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 16:54

Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə ağac düşdü –FOTO

Bakı şəhəri, Nəsimi rayon ərazisində nəqliyyat vasitəəsinin üzərinə ağac aşıb.

“Report” xəbər verir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasına (“Semaşko”) məxsus olan ərazidə ağac qırılıb və Elnur Bəylərovun park etdiyi BMV markalı 99-RG-932 dövlət qeydiyyatlı nömrə nişanlı avtomobilinin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Daha sonra E.Bəylərov hadisə ilə bağlı Bakı şəhər Yaşıllaşdırma idarəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məlumat verib.