XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 20:24

Güclü külək cənub və şimal rayonlarında fəsadlar törətdi –Elektrik verilişi dayandırıldı

Güclü külək ölkənin cənub bölgəsində bir sıra fəsadlar törədib.

Bu barədə Trend-ə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub:

“Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusi ilə Qobu, Güzdək, Şankar ərazilərində güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Baş verə biləcək qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək”.