XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 21:40

BDU çinli tələbənin müayinələrinin nəticələri ilə bağlı açıqlama yaydı:"Təhlükəli virusun olmadığı təsdiqlənib"

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi, Çin Xalq Respublikası vətəndaşı Liu Youşa (Liu Yousha) bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdən evə buraxılıb. Aparılan tibbi müayinələr əsasında tələbənin orqanizmində təhlükəli virusun olmadığı öz təsdiqini tapıb və ona səhhətində heç bir problemin aşkarlanmadığına dair arayış təqdim edilib.

Bu barədə Bakı Dövlət Universitetindən bildirilib.

Qeyd edək ki, 19 yanvar 2020-ci il tarixində Çindən Bakıya qayıdan Liu Youşa Universitet rəhbərliyinin təşəbbüsü ilə zəruri müayinələrdən keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və tələbə 14 günlük karantin dövrünü həkim nəzarəti altında başa vurub.

Hazırda Liu Youşanın tədris prosesinə qatılması universitet rəhbərliyi tərəfindən tam təmin olunub. Universitet rəhbərliyi ona müayinə təklifini anlayışla qarşıladığına görə təşəkkür edib və müvəffəqiyyətlər arzulayıb. Eyni zamanda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əməkdaşlığa görə minnətdarlığını bildirib.

Cari tədris ilində BDU-da Çin və ona sərhəd ölkələrdən 30-a yaxın tələbə təhsil alır və onlar sağlamlıqlarını qorumaq məqsədilə tətil müddətində Çinə getməyəcəkləri barədə məlumat veriblər/Report.