XƏBƏR LENTİ

23 Fevral 2020
22 Fevral 2020
21 Fevral 2020

Digər Xəbərlər

04 Fevral 2020 - 22:23

“Qarabağ”ın istədiyi Alper Potuk… –Komandadan uzaqlaşdırıldı

Türkiyə Superliqa klubları mövsümün ikinci yarısı üçün iştirak ərizələrini yerli futbol federasiyasına təqdim edib.

Apasport.az saytının məlumatına görə, bir müddətdir “Qarabağ”ın transfer gündəmində olan “Fənərbaxça”nın yarımmüdafiəçisi Alper Potuk yenə klubunda heyətdən kənarda qalıb.

İstanbul təmsilçisi milli üzvünün adını federasiyaya göndərilən iştirak ərizəsinə salmayıb. 29 yaşlı orta sahə oyunçusu əsas komandadan uzaqlaşdırılıb və mövsümün sonuna qədər “sarı-lacivərdli” formanı geyinməyəcək.

Qeyd edək ki, Azərbaycanda transfer dönəmi başa çatdığından, “Qarabağ” yalnız azad agent statusu daşıyan oyunçularla anlaşa bilər. Alper Potukun “Fənərbaxça” ilə müqavilə müddəti isə 2022-ci ilin yayına qədərdir. Əgər anlaşma pozularsa, o azad agent kimi istədiyi kluba gedə bilər.