XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 10:58

Gürcüstanda yenidən aksiyalar başladı:"Ədalətli seçki sistemi yaradılsın"

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.

Aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər.

Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar.

Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar. Onların sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət aparır.

Aksiyanın əsas tələbi ölkədə ədalətli seçki sisteminin yaradılmasıdır.

Müxalifət liderləri parlament yaxınlığında etiraz aksiyalarının qanunverici orqanın iclasları ilə paralel davamlı olaraq keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyası ötən gün açılıb. Müxalif Vahid Milli Birlik Hərəkatı və Avropalı Gürcüstan partiyaları qanunverici orqanın iclaslarını boykot edib. Qanunverici orqanın qarşısındakı ərazi yanvarın 22-dən etibarən təmir-bərpa işləri üçün dəmir konstruksiya ilə əhatəyə alınıb. /Report