XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 14:28

Mövlud Çavuşoğlu Azərbaycana gələcək- Bu gün

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gələcək.

APA-nın xəbərinə görə, M. Çavuşoğlu sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Qeyd edək ki, iclasa Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları, müşahidəçi üzv statusuna malik Macarıstanın Xarici İşlər və Ticarət nazirinin müavini qatılacaq.