XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2020 - 18:20

“Huawei” Avropada 5G şəbəkələri üçün avadanlıq istehsal edəcək

“Huawei” şirkəti Avropada beşinci nəsil (5G) mobil rabitəni dəstəkləyən şəbəkələr üçün avadanlıq istehsal etməyi planlaşdırır.

AZƏRTAC Frans-Press nəşrinə istinadla xəbər verir ki, şirkətin Avropa üzrə vitse-prezidenti Abraham Liu məlumatı təsdiqləyib.

Şirkət təmsilçisi bildirib ki, “Huawei” öz məhsullarını Avropa İttifaqının üzvü olan ölkələrə təqdim etməkdə qərarlıdır.

Bundan əvvəl isə Böyük Britaniya hökuməti “Huawei”in xidmətlərindən istifadə edəcəyini açıqlayıb.