XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

05 Fevral 2020 - 19:30

Koronavirus Tokio olimpiadasının hazırlıq tempinə təsir göstərə bilər

Koronavirus Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının hazırlıq tempinə təsir göstərə bilər.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə olimpiadanın Təşkilat Komitəsinin rəhbəri Tosiro Muto bildirib.

O, koronavirusun “Tokio-2020″nin hazırlığını ləngidə biləcəyini deyib: “Mən buna görə narahatam. Ümid edirəm ki, bu problemi ən qısa zamanda həll edəcəyik”.

Qeyd edək ki, Çində koronavirusa görə ölənlərin sayı 490-nı ötüb. “Tokio-2020” 24 iyul – 9 avqustda, paralimpiada isə 25 avqust – 6 sentyabrda olacaq. Çində koronavirusa yoluxanların sayı 17205 nəfərə, ölənlərin sayı 361-ə çatıb.