Rusiyanın “Azimut” aviaşirkəti Rostov şəhərindən Bakıya və Yekaterinburqa uçuşlar həyata keçirməyə başlayacaq.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Azimut” aviaşirkətinə Rostovdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib.
Martın 30-dan başlanacaq uçuşlar “SSJ-100” təyyarələri ilə həftədə iki dəfə – bazar ertəsi və cümə günləri həyata keçiriləcək.
Təyyarələr səhər 7:00-da Rostovun “Platov” aeroportundan havaya qalxıb, saat 10:05-də Bakıya enəcək. Bakı-Rostov reysi isə həmin günlər 11:05-dən 12:20-dək davam edəcək.