XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 11:02

Bakı polisi “Hollywood Cinema Club”un sahibini cərimələdi- Açıqlama

“Hollywood Cinema Club”un üzərindəki yaşayış binasının sakinləri adından edilən şikayətlərlə bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılıb”.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, bina sakinlərdən birinin şikayətləri var və bunun səbəbi sahibkarlıq subyektinin sahibi ilə aralarında yaranan əmlak alqı-satqısına görə anlaşılmazlıqdır.

E.Hacıyev vurğulayıb ki, sahibkarlıq subyektində hazırda təmir-bərpa işləri aparılır, səsin kənara çıxmaması üçün ötən ilin noyabrından izolyasiya işlərinə başlanılıb, hazırda bu istiqamətdə işlər davam etdirilir: “O ki, qaldı vətəndaşların şikayətlərinə baxılmaması ilə bağlı iddiallara, bunlar əsassızdır. Daxil olan bütün müraciətlər üzrə araşdırmalar aparılmaqla, inzibati xəta tərkibi yaradan hallarla bağlı protokol tərtib olunub. Sahibkarlıq subyektində sakinlərin narahatlığına səbəb olan halların tam aradan qaldırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq departamentinə müraciət olunub.

Tərəfimizdən araşdırmalar davam etdirilir”.