XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 16:57

Türkiyədə təyyarə qəzası: xəsarət alanlardan biri azərbaycanlıdır

İstanbulun Sabiha Gökçen hava limanında qəzaya uğrayan təyyarədəki sərnişinlərdən biri milliyətcə azərbaycanlı olan Qazaxıstan vətəndaşıdır.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Həmin şəxs xəsarət alıb.

Bildirilib ki, təyyarədə Azərbaycan vətəndaşının və ya digər azərbaycanlıların olması barədə məlumat yoxdur.

Qeyd edək ki, “Boeing 738” laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsində nəfər ölüb, 179 nəfər isə xəsarət alıb. Hadisə zamanı təyyarədə ümumilikdə, 184 nəfər olub/Report.