XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

06 Fevral 2020 - 14:25

Azyaşlının avtomobillə vurulduğu anın görüntüləri yayıldı –VİDEO

Cəlilabad rayonunda azyaşlı piyadanın avtomobillə vurulma hadisəsi ilə bağlı videogörüntü yayılıb.

Hadisə bir neçə gün əvvəl rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu vurub.

Azyaşlı zərbənin təsirindən qarşıda park edilən digər avtomobilin altına düşüb. Ətrafdakı insanların köməkliyi ilə yaralı maşının altından çıxarılıb və xəstəxanaya aparılıb.

Hazırda Ə.Əsədovun müalicsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. /Report