XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 10:16

Ötən gün 26 cinayətin üstü açılıb –BŞBPİ

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-də 26 cinayətin üstü açılıb.

Onlardan 5 əvvəllki dövrlərdən bağlı olan cinayətlər olub.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 11 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 4, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.