XƏBƏR LENTİ

10 İyul 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 15:48

“Cin çıxarmaq” adı ilə gənci döyüb öldürənlərə 57 il 6 ay cəza verildi –VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda “cin çıxarmaq” adı ilə 25 yaşlı Murad Sultanovu döyərək öldürməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Əfqan Tarverdiyev, Sahib Xəlilov, Vüsal İbrahimov, Cəmil Qayıbov və Aprel Xəlilovun hər birinə 9 il 6 ay, Füzuli Qəribova isə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2018-ci il il noyabrın 10-da Şabran rayonunda baş verib. Şabran şəhərində kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 6 nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib.

Şübhəli şəxslər qismində saxlanılaraq Şabran Rayon Polis Şöbəsinə gətirilən şəxslər ilkin təhqiqat zamanı törətdikləri cinayət əməllərini etiraf ediblər. (report)