XƏBƏR LENTİ

19 Fevral 2020
18 Fevral 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 00:16

Ekoloji ekspertizanı həyata keçirəcək komissiyanın hansı səlahiyyətləri olacaq?- Məlum oldu

Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”ni təsdiq edib.

“Report” xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Qərarda qeyd olunub ki, bu Əsasnamə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən hazırlanıb və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ekspert Komissiyasının (bundan sonra – Ekspert Komissiyası) səlahiyyətlərini, fəaliyyət qaydasını və tərkibini, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələbləri, ekspertlərin hüquq və vəzifələrini, habelə dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb olunması qaydasını tənzimləyir.

Ekspert Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ aktları rəhbər tutur.

Ekspert Komissiyası irihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin (bundan sonra – ekoloji ekspertiza obyektləri) dövlət ekoloji ekspertizasının həyata keçirilməsi məqsədilə təşkil olunur.

Qərarla Ekspert Komissiyasının fəaliyyətinin məqsədi və səlahiyyətləri də müəyyənləşib.

Belə ki, Ekspert Komissiyasının fəaliyyətinin məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

Ekspert Komissiyasının səlahiyyətləri aşağıdakılardır:

– ekoloji ekspertiza obyektlərinin ekoloji təhlükəsizlik səviyyəsini və ətraf mühitə potensial mənfi təsirini tam, hərtərəfli və elmi əsaslandırılmış təhlil əsasında qiymətləndirmək;

– ətraf mühitə bilavasitə və ya dolayısı ilə mənfi təsir göstərə biləcək qərarların qəbul edilməsinin qarşısını almaq;

– ekoloji ekspertiza obyektlərinin ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində normativ hüquqi aktlara uyğunluğunu müəyyən etmək;

– ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəliliyini, dolğunluğunu və tamlığını qiymətləndirmək və onların ekoloji tələblərə uyğunluğunu müəyyən etmək;

– ekoloji ekspertiza obyektlərinin ətraf mühitə potensial təsiri və onun nəticələri barədə maraqlı şəxsləri məlumatlandırmaq;

– ekoloji ekspertiza obyektləri üzrə layihələrin həyata keçirilməsinin mümkün olub-olmaması və ətraf mühitə təsirin yol verilə bilən həddi barədə əsaslandırılmış rəy hazırlamaq.

Həmçinin qərarla Ekspert Komissiyasının fəaliyyət qaydası və tərkibi də müəyyən olunub.

Ekspert Komissiyası ekoloji ekspertiza obyektləri üzrə təqdim olunan layihələrin ətraf mühitin ayrı-ayrı komponentlərinə potensial təsirləri nəzərə alınmaqla, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və bu Əsasnamənin tələbləri əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hər bir layihə üzrə ayrılıqda təşkil olunur.

Ekspert Komissiyasının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Nazirliyin təyin etdiyi sədr həyata keçirir.

Ekspert Komissiyasının sədri:

– Ekspert Komissiyasının iclaslarını çağırır və iclaslara sədrlik edir;

– Ekspert Komissiyasının yekun rəyinin hazırlanmasını təşkil edir;

– Ekspert Komissiyasının üzvlərinə ekspertizanın istiqamətləri və aparılma müddəti barədə məlumatlar verir və əlavə zəruri məlumatların alınmasında köməklik göstərir;

– zərurətlə əlaqədar olaraq Ekspert Komissiyası üzvlərinin ekoloji ekspertiza obyektlərinə yerində baxış keçirmələrini təşkil edir;

– Ekspert Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı icrası məcburi olan qərarlar qəbul edir;

– Ekspert Komissiyasının fəaliyyətinin təşkili ilə bağlı digər məsələləri həll edir.

Ekspert Komissiyasının tərkibinə Nazirliyin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələri də daxil edilirlər. Ekspert Komissiyasının işinə elmi müəssisələrin, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, vətəndaşların təşəbbüs qruplarının və bələdiyyələrin məhəllə komitələrinin nümayəndələri və müvafiq sahə üzrə müqavilə əsasında ekspertlər cəlb oluna bilər.

Ekspert Komissiyasının fəaliyyətinə ekspertlərin cəlb edilməsi ekoloji ekspertiza obyektinə dair layihənin xüsusiyyətindən asılı olaraq, Nazirliyin rəsmi internet səhifəsində elan edilən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər 5 (beş) iş günü müddətində Nazirliyə təqdim edilməlidir:

– şəxsiyyət vəsiqəsinin surəti;

– tərcümeyi-hal;

ekologiya, təbii ehtiyatlar, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələri üzrə ali təhsili haqqında sənədin surəti;

– layihələndirilən fəaliyyət sahəsində ən azı 3 (üç) il iş təcrübəsini təsdiq edən sənədin surəti;

– cəlb olunduqları təqdirdə, dövlət sosial sığorta şəhadətnaməsinin surətini.

Bu Əsasnamənin 3.5-ci bəndində nəzərdə tutulan müsabiqənin keçirilməsi şərtləri və qaydası Nazirlik tərəfindən müəyyən edilir və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

Ekspert Komissiyasının işinə cəlb edilən ekspertlərin fəaliyyəti bu Əsasnamənin 3.4-cü bəndində göstərilən müqavilə ilə tənzimlənir. Bu müqavilə tərəflərin birinin təşəbbüsü ilə bağlandığı vaxtdan başlayaraq, 5 (beş) gündən gec olmamaq şərtilə pozula bilər.

Ekspert Komissiyasının tərkibinə daxil olan və onun işinə cəlb edilən şəxslər müvafiq olaraq komissiyanın tərkibinə daxil olunduğu və ya müqaviləni imzaladığı gündən ən geci 20 (iyirmi) gün müddətində müvafiq layihəyə dair rəyini hazırlayıb Ekspert Komissiyasına təqdim etməlidirlər.

Ekspert Komissiyasının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə qərarlar onun iclaslarında qəbul edilir.

Ekspert Komissiyasının iclasları Komissiyanın sədri tərəfindən, iclasın keçirilməsinə ən azı 5 (beş) gün qalmış Ekspert Komissiyasının tərkibinə daxil olan və onun işinə cəlb olunan ekspertlərə iclasın keçiriləcəyi yer, vaxt və gündəliyə daxil edilən məsələlər barədə bildiriş göndərilməsi yolu ilə çağırılır.

Ekspert Komissiyasının iclasları sədr də daxil olmaqla, üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir.

Ekspert Komissiyasının üzvü üzrsüz səbəbdən komissiyanın iclaslarında ardıcıl olaraq üç dəfədən artıq iştirak etmədikdə, təmsil etdiyi dövlət orqanı və ya qurum qarşısında həmin şəxsin əvəz edilməsi barədə məsələ, komissiyanın işinə müqavilə əsasında cəlb edilmiş ekspertlərə münasibətdə isə həmin ekspertlə olan müqaviləyə xitam verilməsi məsələsi qaldırılır.

Aşağıdakı hallarda Ekspert Komissiyasının iclası təxirə salına və ya başlanılmış iclas başqa vaxta keçirilə bilər:

– Ekspert Komissiyası üzvlərinin sayında yetərsay olmadıqda;

– məsələnin hərtərəfli, tam və obyektiv baxılması üçün maraqlı subyektin, ekspertin və ya digər şəxslərin iştirakını üzrlü səbəbdən təmin etmək mümkün olmadıqda;

– iclasda baxılan məsələlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədə biləcək hallar olduqda.

Ekspert Komissiyasının iclasında hər bir üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Ekspert Komissiyasının sədrinin səsi həlledici sayılır. Ekspert Komissiyasının sədri axırıncı səs verir.

İclasda Ekspert Komissiyası üzvünün maraqlarına toxunan məsələ müzakirə edildikdə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

Ekspert Komissiyasının iclasları və iclaslarda qəbul edilən qərarlar Komissiya sədrinin və üzvlərinin imzaladığı protokolla rəsmiləşdirilir. Ekspert Komissiyasının hər hansı bir üzvü qəbul edilmiş qərarla razı olmadıqda, onun xüsusi rəyi iclasın protokoluna əlavə edilir.

Ekspert Komissiyası təqdim olunan layihə üzrə ən geci 30 (otuz) gün müddətində qərar qəbul edir. Qərarın qəbul edilməsi zamanı əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda Nazirlik hər dəfə 30 (otuz) gün olmaqla, bu müddəti iki dəfə uzada bilər.

Ekspert Komissiyasının qərarları Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir.

Ekspert Komissiyasının fəaliyyətinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi “Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir.

Ekspert Komissiyasının qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

Qərara əsasən, Ekspert Komissiyasının fəaliyyətinə cəlb olunmuş ekspertlərə dair tələblər müəyyənləşib.

Belə ki, aşağıdakı şəxslər ekspert ola bilərlər:

– ekologiya, təbii ehtiyatlar, ətraf mühitin mühafizəsi və iqtisadiyyat sahələri üzrə ali təhsili olan şəxslər;

– fəaliyyət sahəsində xüsusi bilik və bacarığa malik olan şəxslər;

– qəbul ediləcək qərarlarda birbaşa və ya dolayısilə marağı olmayan şəxslər.

Ekspertlər Ekspert Komissiyasının fəaliyyətinə ekoloji ekspertiza obyektləri üzrə layihənin xüsusiyyətləri nəzərə alınmaqla cəlb olunurlar.

Ekspert Komissiyasının fəaliyyətinə cəlb edilmiş ekspertlər ekoloji ekspertiza obyektləri üzrə layihələrin sifarişçisi və icraçısı ola bilməzlər.

Ekspertlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri təşkil edən layihə məlumatlarından başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət daşıyırlar.

Qərarla ekspertlərin hüquq və vəzifələri də müəyyənləşib.

Belə ki, ekspertlərin hüquqları aşağıdakılardır:

-Ekspert Komissiyasının iclaslarında və səlahiyyətinə aid məsələlərin həllində iştirak etmək;

-iclasın keçirilməsi və iclasda baxılacaq məsələ barədə əvvəlcədən məlumatlandırılmaq;

-ekoloji ekspertiza obyektləri üzrə sənədlərin layihələri ilə tanış olmaq, onlara dair rəy və təkliflər bildirmək;

-iclaslarda məruzə və çıxışlar etmək, müzakirələrdə iştirak etmək;

-Ekspert Komissiyasının qərarı ilə razılaşmadığı halda, həmin qərara əlavə olunmaqla əsaslandırılmış xüsusi rəyini təqdim etmək;

-ekoloji ekspertiza obyektləri üzrə layihənin baxılması müddətində ekspertizanın aparılması üçün zəruri olan əlavə məlumatları Nazirliyə müraciət etməklə əldə etmək;

-dövlət ekoloji ekspertizasının aparılmasının təşkilinə və metodologiyasına dair təkliflər vermək;

-Ekspert Komissiyasının fəaliyyəti ilə bağlı digər işləri görmək.

Ekspertlərin vəzifələri aşağıdakılardır:

-üzrlü səbəblər istisna olmaqla, Ekspert Komissiyasının bütün iclaslarında iştirak etmək;

-Ekspert Komissiyasında komissiya sədrinin iş bölgüsü əsasında fəaliyyət göstərmək;

-müqavilə üzrə müəyyən olunmuş vəzifələrini müqavilədə nəzərdə tutulmuş müddətdə həyata keçirmək;

-dövlət və kommersiya sirri təşkil edən məlumatları açıqlamamaq;

– bu Əsasnamənin müddəalarına əməl etmək.

Qərarla dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb edilməsi qaydası da müəyyənləşib.

Ekoloji ekspertiza obyektlərinin realizəsi zamanı onların transsərhəd təsiri müəyyən edildikdə, Nazirlik Ekspert Komissiyasının fəaliyyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla, maraqlı ölkələrin mütəxəssislərini və beynəlxalq ekspertləri cəlb edir.

Bu Əsasnamənin 6.1-ci bəndində nəzərdə tutulan hal baş verdikdə, Nazirlik dərhal dövlət ekoloji ekspertizasının aparılmasını dayandırır və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 5 (beş) iş günü müddətində ekoloji ekspertiza obyektləri üzrə təqdim olunan layihə ilə bağlı maraqlarına toxunulan ölkənin (ölkələrin) diplomatik nümayəndəliyinə öz mütəxəssislərini ayırmaları üçün müraciət edir və ehtiyac yarandığı halda, beynəlxalq ekspertin cəlb edilməsi barədə müvafiq beynəlxalq təşkilatın katibliyinə sorğu verir.

Maraqlı ölkədən (ölkələrdən) və müvafiq beynəlxalq təşkilatdan bu Əsasnamənin 6.3-cü bəndinə əsasən nəzərdə tutulan məlumat daxil olan kimi Azərbaycan Respublikasının Xa