XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 11:56

“”Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”- Mövlud Çavuşoğlu

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda deyilir:

“Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.