XƏBƏR LENTİ

28 Fevral 2020
27 Fevral 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 22:03

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib- FOTO

Müdafiə nazirinin tapşırığına əsasən, fevralın 8-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.