XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 13:00

“IBRD-nin yeni səhmlərinin alınma xərcləri yüksək olmayacaq” –Nazir

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) yeni səhmlərinin alınmasına yönələn xərclər yüksək olmayacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, xərclərin aşağı olmasının səbəbi odur ki, səhmlərə abunə yazılışı iki üsul ilə həyata keçirilir: “Bunun bir qismi təxminən 10% ödənilir, qalan hissəsi üzrə isə veksel verilir və lazım gəldik bank üzvlərdən veksel verdikləri hissəni istəyə bilərlər”.

Bundan əlavə o qeyd edib ki, bununla belə, ölkə üzərinə böyük bir maliyyə yükü düşmür: “Bu hal üçün də müəyyən vəsaitlər nəzərdə tutulub”. /APA