XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 10:34

Bakıda binanın dam örtüyü uçub –FHN

Bakının Binəqədi və Nəsimi rayonlarında su çəni və dam örtüyü insanların həyatı üçün təhlükə yaradıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda, binanın damında su çəninin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər su çənini yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Bundan başqa FHN-nin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.