XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 11:27

Seçki gününün şikayətləri –başağrısı, yüksək təzyiq

Parlament seçkiləri günü Bakıda təcili tibbi yardıma 30 müraciət daxil olub.

Bu barədə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müraciətlər əsasən başağrısı, yüksək təzyiq, şəkərli diabetlə bağlı olub: “Onlardan 3-ü xəstəxanaya aparılıb. Müraciət edənlər arasında həm seçkiləri müşahidə edənlər, həm də səs verməyə gələn şəxslər olub”.

Xatırladaq ki, seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyib. Böyük seçki məntəqələrində cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılmışdı.