XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 11:49

Deputatlığa namizədin vəfat edən vəkilinin oğlu mətbuata müracət edib –VİDEO

Göygöl rayonunda vəfat edən Sübhan Vəliyevin oğlu Samir Hacıyev KİV-ə müraciət edib.

101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin övladı müraciətində atasının seçki dairəsində hansısa təzyiqlərə məruz qalmadığını deyib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Atam hansısa seçki dairələrində təzyiqə məruz qalmayıb. O, bir neçə uzun müddət ürək xəstəliyindən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar koronaroqrafiya (anju) əməliyyatı olunub. Ötən gün də xəstəliyi ilə əlaqədar infarkt keçirərək vəfat edib. Xahiş edirəm ki, bunu siyasi oyunlara çevirməyin”.