XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2020 - 13:57

Bakıda və rayonlarda qar yağacaq –Sabah hava proqnozu

Fevralın 11-də Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturugecə 5-10° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.