XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 23:55

Prezident İlham Əliyev MDB-nin müşahidə missiyasının rəhbərini qəbul edib –- FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

Strateq.az xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulanıb, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərində MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkəmizdə keçirilən parlament seçkilərinin Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olduğu qeyd edildi, Azərbaycan dövləti tərəfindən bu seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulanıb.