XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

12 Yanvar 2015 - 12:48

Bakıda dilənçi əməliyyatı

Polisin saxladığı avara və dilənçilik edən 29 nəfər rayonlara göndərildi

Bakıda diləçilərə qaraşı növbəti əməliyyat keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB PPXB, Nərimanov RPİ PPXB 18-ci PB, Nəsimi RPİ 19-cu PB, Nəsimi RPİ 20-ci PB, Nəsimi RPİ 22 ci PB əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən şəxslər saxlanılıb.

Onların ümumi sayı 29 nəfər (7 kişi, 6 qadın, 16 azyaşlı) olub. Saxlanılanlar barəsində inzibati qaydada tədbir görülüb.

Qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.