XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 14:24

Paytaxt polisi:"Hquqlarının pozulması ilə bağlı şikayət edən qadın rəhbərlik tərəfindən qəbul edilib"

“Paytaxtın Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birinin qarşısında hüquqlarının pozulması ilə bağlı şikayət edən Saraxanım Ağayeva polis əməkdaşları tərəfindən Yasamal Rayon Polis İdarəsinə dəvət olunaraq rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib”. 

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib:

“Qəbul zamanı vətəndaş bildirib ki, 2010-ci ildə oğlu Ceyhun Aslanov tanışı Bahadur Qasımova məxsus Yasamal rayonu H.B.Zərdabi prospektində yerləşən mənzili ömürlük renta müqaviləsi bağlayaraq, ömrünün sonuna kimi saxlaması, eləcə də mənzilə dair bütün xərcləri ödəməsi öhdəliyini üzərinə götürərək 40000 manat xərcləyib. 2018-ci ildə B.Qasımov vəfat etdikdən sonra qardaşı Platon Qasımov müqavilənin ləğv olunması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etməsi onların arasında mülki mübahisənin yaranmasına səbəb olub. Vətəndaşın şikayəti üzrə xüsasatlar polis idarəsində tam və hərtərəfli araşdırılmaqla, qanunvericiliyin tələbləri onun diqqətinə çatdırılıb, mübahisə doğuran halların araşdırılması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilib”.