XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 14:35

Hərbi Hava Qüvvələrinin yeni obyektləri istifadəyə verilib –Müdafiə Nazirliyindən açıqlama + FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Strateq.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, fevralın 11-də Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin hərbi hissəsində yeni inşa edilmiş hərbi obyektlərin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidəki iki mərtəbəli qərargah binası, əsgər yataqxanası, sinif otaqları, anbarlar, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərdə olaraq görülən işlərin keyfiyyəti ilə tanış olub.

Tikintisi davam edən digər obyektlərə də baxış keçirən Müdafiə naziri işlərin keyfiyyətli başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.