XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 February 2020 - 20:46

Azərbaycanda yeni arxiv binaları tikiləcək- Dövlət Proqramı

Azərbaycanda yeni arxiv binaları tikilməsi nəzərdə tutulur. 

“Report”xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin filialları üçün müasir tələblərə cavab verən 500 min, rayon (şəhər) dövlət arxivləri üçün 50 min saxlama vahidi tutumlu birtipli layihə üzrə yeni arxiv binalarının tikilməsi və ya mövcud arxiv binalarının əsaslı təmiri, yenidən qurulması, uyğunlaşdırılmış binalara köçürülməsi Milli Arxiv İdarəsi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.