XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 Fevral 2020 - 21:48

Mobil Dünya Konqresi ləğv edildi- Koronovirusa görə

Fevralın 24-27-də İspaniyanın Barselona şəhərində keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC 2020) ləğv olunub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar tədbirin təşkilatçısı GSM birliyinin (GSMA) İdarə Heyətinin iclasında qəbul olunub.

Məlumata görə, ümumilikdə, 100 min qonağın iştirak etməsi gözlənilən tədbirə Çindən 6 mindən çox insanın gəlməsi gözlənilirdi. Amma koronovirus səbəbindən 11 00-dən çox insanın ölümübdən sonra dünyanın texnologiya nəhəngləri ardıcıl olaraq tədbirdə iştirak etməyəcəklərini açıqlamışdılar.

Onların arasında “LG”, “Sony”, “Amazon”, “AT&T”, “Vodafone”, “İntel”, “Nvidia” kimi sektorun nəhəng şirkətləri də var.