XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2020 - 20:04

Zakir Həsənov NATO-nun toplantısında –FOTO

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 13-də Brüssel şəhərində NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində təşkil edilən toplantısında iştirak edib.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, görüşdə Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər, missiyanın gələcəyi və bir sıra digər məsələlər müzakirə olunub.