XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 February 2020 - 11:59

Bakıda 7 marşrut xətti üzrə müsabiqə şərtləri açıqlandı –Bakı Nəqliyyat Agentliyi

Bakı Nəqliyyat Agentliyi 12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan etdiyi müsabiqənin şərtlərini açıqlayıb.

Məlumata görə, şərtlərlə Agentliyin internet səhifəsinin müsabiqələr bölməsində tanış olmaq mümkündür.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər 24 fevral 2020-ci il, saat 17:00-a qədər Agentliyə ərizə ilə mürciət etməlidirlər.