XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 12:56

Bakı Avropanın ən romantik şəhərləri arasında –Reytinq

Rusiyanın “TourStat” səyahət portalı Avropanın ən romantik şəhərləri reytinqini tərtib edib.

Siyahıda sevən cütlüklər arasında və romantik həftəsonu gəzintiləri üçün populyar olan şəhərlər yer alıb.

“TurStat”ın verdiyi məlumata görə, romantik turlar və səyahətlər bazarı ildə 5 milyondan çox səyahəti əhatə edir.

Reytinq 5 mindən çox “TurStat” istifadəçiləri arasında aparılmış sorğu nəticəsində tərtib olub.

Avropanın ən romantik şəhərləri siyahısının ilk beşliyinə Sankt-Peterburq (23%), Paris (23%), Minsk (8%), Kalininqrad (8%) və Praqa (7%) daxil olub. Daha sonra Yekaterinburq (5%), Amsterdam (5%), Bakı (5%) və Tallin (3%) kimi şəhərlər gəlir. (apa)