Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Xətt Polis İdarəsinin Gəncə şəhər şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov vəzifəsindən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ş.Hüseynov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat olmayıb.