XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 15:48

Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir –Avtomobil Yolları Dövlət Agentliyi

Bakının Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir.

İnşaat işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

Bununla bağlı açıqlama verən Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyadalar üçün bu ərazidə hərəkət etmək, yolu keçmək həmişə problem olub və mütəmadi olaraq təmsil etdiyi quruma şikayətlər ünvanlanıb. Buna görə də, piyada keçidinin tikilməsinə qərar verilib.