XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 17:35

Adam oğurluğunda ittiham edilən şəxslərlə bağlı gözlənilməz qərar –Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Emin Əliyev və Asim Quliyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Siyavuş Hacıyevin sədrlik etdiyi iclasda cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilib.

Buna səbəb kimi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması göstərilib.

Qeyd edək ki, həmin şəxslər 2019-cu ilin mayında Bakının Nizami rayonunda 41 yaşlı paytaxt sakini Yasin Bəxtiyarovu oğurlayaraq pul tələb etməkdə təqsirləndirilirlər.

Oğurlanan şəxsin anası Səbirə Bəxtiyarova polisə müraciət edərək oğlunun mayın 28-də Şərifli küçəsində oğurlandığını, silahlı şəxslərin onu avtomobilə oturdaraq naməlum istiqamətə apardığını bildirib.

Onlar borclunun anasından 10 min manat tələb ediblər. Qadın həmin şəxslərə yalnız 8 000 manat verə bilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Emin Əliyev və Asim Quliyev həbs edilib. Girovda saxlanılan Yasin Bəxtiyarov azad edilib.

Məlum olub ki, saxlanılan şəxslər Yasin Bəxtiyarovun anası Səbirə Bəxtiyarov ilə telefon vasitəsi ilə əlaqə saxlayıblar. Oğlunun buraxılması müqabilində anadan pul tələb ediblər.

Bu səbəbdən Səbirə Bəxtiyarova da oğlu ilə birlikdə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq araşdırması zamanı dəstə üzvlərinin başqa cinayətləri də ortaya çıxıb.

Emin Əliyev və Asim Quliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. (report)