XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 14:24

MSK-nın iclası başladı- “Heç kimdən çəkinəcəyimiz yoxdur”

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

“Report” xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxılacağı, bununla bağlı müvafiq qərarlar qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, MSK-nın sonuncu dəfə fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının fəaliyyətində hər hansı prosedur pozuntusu olsaydı, beynəlxalq müşahidəçilər bunu dünyaya car çəkərdilər”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

“Bizim fəaliyyətimiz göz qabağındadır və heç kimdən çəkinəcəyimiz yoxdur. Biz hər kəsə öz fikrini ifadə etmələri üçün şərait yaradırıq”